Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərə sertifikatlar verilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərə sertifikatlar verilib - VİDEO

Hazırda oxunan: Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərə sertifikatlar verilib - VİDEO

46922

Əlahiddə Ümumqoşun Orduda növbəti dəfə təşkil edilmiş zabit heyətinin təkmilləşdirmə kursunu uğurla bitirən məzunlar yuxarı vəzifələrə təyin olunublar. 

Bizim.Media xəbər verir ki, bu münasibətlə təntənəli mərasim keçirilib.

Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Dövlət Himni səsləndirilib.

Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində formalaşmış peşəkar Azərbaycan Ordusu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandı, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu.
 

Vətən müharibəsi bizim gücümüzü, milli iradəmizi və birliyimizi bütün dünyaya nümayiş etdirdi, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi ruhla, peşəkarlıq və qəhrəmanlıqla şərəfli missiyanı yerinə yetirdi, doğma torpaqlarımız işğaldan azad edildi.


Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb. Əmrlər oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO