Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Hazırda oxunan: Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

46874

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Polis əməkdaşları 4 avtomat, 1 pulemyot, 1 “Foqot”, 4 qumbaraatan mərmisi, 2 minaatan mərmisi, 4 alışdırıcı, 5 sandıq, 2 mobil telefon, 2515 müxtəlif çaplı patronlar və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO