Bir gündə 42 cinayətin üstü açıldı, 47 nəfər saxlanıldı

Bir gündə 42 cinayətin üstü açıldı, 47 nəfər saxlanıldı

Hazırda oxunan: Bir gündə 42 cinayətin üstü açıldı, 47 nəfər saxlanıldı

46867

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Narkotiklə saxlanılan şəxsin oğurluq etdiyi ÜZƏ ÇIXDI


Həmçinin, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə, ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO