16 yaşlı məktəbli niyə GÜLLƏLƏNİB? – ŞOK DETALLAR 

16 yaşlı məktəbli niyə GÜLLƏLƏNİB? – ŞOK DETALLAR 

Hazırda oxunan: 16 yaşlı məktəbli niyə GÜLLƏLƏNİB? – ŞOK DETALLAR 

46764

Mingəçevir şəhərində 16 yaşlı məktəblinin güllələnməsi ilə bağlı məsələ gündəmi zəbt edib.  

Xəbər verildiyi kimi ötən gün axşam saat 20 radələrində Mingəçevir şəhərinin "Yeni Həyat" yaşayış massivində Ağdam rayon sakini, əvvəllər 3 dəfə məhkum olunmuş Əlvan Qasımov tapançadan 5 dəfə atəş açaraq Xocalı rayon sakini, 10-cu sinif şagirdi Orxan Kərimovu qətlə yetirib. 

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən qətli törədən şəxs saxlanılıb. 

Bizim.Media baş verən qətl hadisəsinin təfərrüatlarını araşdırıb. Məlum olub ki, qisas zəmnində baş verən cinayətin kökündə fiziki, hətta cinsi zorakılıq hallarının olduğu ehtimal edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda 37 yaşlı kişi 15 yaşlı yeniyetməni güllədi - FOTO


Belə ki, öldürülən gənc qətli törədənin azyaşlı övladını fiziki zorakılığa məruz qoyub. Bundan qəzəblənən keçmiş məhkum gəncdən qisasını onu öldürməklə alıb. 

Olay isə belə baş verib...

Bir neçə uşağın iştirakı ilə Orxan Kərimov, onun 12 yaşlı qardaşı və qətli törədənin təxminən 3-4-cü sinifdə oxuyan oğlu “Yeni həyat” yaşayış massivindəki istirahət parkında olub. Bu zaman mübahisə yaranıb və Orxan Kərimov Əlvan Qasımovun övladına qarşı fiziki zorakılıq edib. Uşaq dərhal gedib baş verənləri atasına danışıb. Əlvan Qasımov isə  hadisə yerinə gələrək, Orxan Kərimovu elə oradaca güllələyib. 

Qeyd edək ki, Əlvan Qasımovun adı yaşadığı massivdə heç də yaxşı hallanmır. Əvvəllər də 3 dəfə məhkumluq həyatı yaşayan Əlvan Qasımovun narkotikə bağlı olduğu bildirilir. 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO