Bir neçə gün öncə “TikTok” platformasında “ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.
DİN-dən Bizim.Media-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.
O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:51 / 19.11.2021
“TikTok”da narkotiki təbliğ edən yeniyetməyə xəbərdarlıq edildi
Hazırda oxunan: “TikTok”da narkotiki təbliğ edən yeniyetməyə xəbərdarlıq edildi
Hazırda oxunan: “TikTok”da narkotiki təbliğ edən yeniyetməyə xəbərdarlıq edildi
46745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.