Təhsil nazirindən uşaqlarla bağlı ÇAĞIRIŞ

Təhsil nazirindən uşaqlarla bağlı ÇAĞIRIŞ

Hazırda oxunan: Təhsil nazirindən uşaqlarla bağlı ÇAĞIRIŞ

46716

"Düşünürəm ki, uşaqlarımızın hüquqlarının və sağlamlığının qorunması, eləcə də onların gələcək təhsili üçün əlverişli zəmin yaradılması baxımından səylərimizi daha da artırmalıyıq".

Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumundakı çıxışında bildirib.

O qeyd edib ki, Qarabağda qazanılan tarixi Zəfər uşaqların firavan yaşayışının təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

"Noyabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkil etdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirildi. Forum çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıqları ilə seçilən uşaqlar əhəmiyyətli mövzular ətrafında aparılan müzakirələrdə yaxından iştirak etdilər", - deyə nazir vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO