Şəkidə ağacları kütləvi qıran “qatillər”ə CİNAYƏT İŞİ açıldı - ÖZƏL

Şəkidə ağacları kütləvi qıran “qatillər”ə CİNAYƏT İŞİ açıldı - ÖZƏL

Hazırda oxunan: Şəkidə ağacları kütləvi qıran “qatillər”ə CİNAYƏT İŞİ açıldı - ÖZƏL

46649

Şəkidə ağacları kütləvi məhv edən “qatillər”in işinin Baş prokurorluğa göndərildiyini xəbər vermişdik. 

Baş Prokurorluğun Mətbuat Xidməti Şəki rayonunun Cumakənd kəndində ağacların kəsilməsilə bağlı Bizim.Media-nın sorğusunu cavablandırıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə “Qırmızı kitab”a düşən ağacların SOYQIRIMI başlayıb – Ekologiya Nazirliyi “qatili” tapacaqmı? - VİDEO


Məlumatda bildirilir ki, Şəki rayonu ərazisində ağacların qanunsuz kəsilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Şəki rayonunun Cumakənd kənd sakinləri Adil CəfərovSöhrab Talıbovun istifadələrində olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin kənarından, Əyriçay çayının mühafizə zolağından köküstə yaş olmaqla müxtəlif diametrli 14 ədəd qovaq cinsinə məxsus ağaclar kəsilib. Nəticədə təbiətə 9 min 450 manat məbləğində ziyan dəyib. 

Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi başlanılıb. İstintaqın aparılması Şəki rayon polis şöbəsinə həvalə edilib.

Xatırladaq ki, məsələni ilk dəfə Bizim.Media saytı qaldırıb. Əvvəlki yazımızda təqdim etdiyimiz videogörüntülərdə kəsilən ağacların sayı 14 ədəddən dəfələrlə çoxdur. Həmin görüntülərdə 1,5-2 metr hündürlükdə kəsilən ağacların artıq pöhrələnmiş kadrları da var idi. İddialara görə yüzlərlə ağac kənd ərazi nümayəndəsi Mustafa Əliyevin rəhbərliyi altında qırılıb və yerli sahibkarlara yeşik düzəltmək üçün satılıb.

Cumakənd ərazi nümayəndəsi Mustafa Əliyev isə saytımıza açıqlamasında ümumiyyətlə belə hadisənin olmadığını, ona qarşı şər-böhtan atıldığını bildirmişdi.

Onu da bildirək ki, ağacları məhv edənlərin kimliyi və neçə nəfər olduğu barədə rəsmi məlumat hələki açıqlanmayıb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO