Azərbaycan əsgəri nə YEYİR? - Bir günlük “payok”un TAM SİYAHISI

Azərbaycan əsgəri nə YEYİR? - Bir günlük “payok”un TAM SİYAHISI

Hazırda oxunan: Azərbaycan əsgəri nə YEYİR? - Bir günlük “payok”un TAM SİYAHISI

46646

Azərbaycan Ordusunda şəxsi heyətin ərzaqla təminatı hər kəsin marağındadır. Əsgərlərin qidalanması normalarının hər birinin ayrı-ayrılıqda özəllikləri var.

Silahlı Qüvvələrin “Ümumqoşun quru ərzaq payı normaları” Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli qərarı ilə təsdiq edilib. 2014-cü ildə müdafiə naziri Zakir Həsənovun təşəbbüsü ilə məsələyə yenidən baxılıb və ərzaq payı normalarının tərkibinə əlavələr edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, artıq xeyli müddətdir ki, hərbi hissələrdə milli yeməklər əsgərlərin qida rasionuna daxil edilib.

Yemək menyuları tərtib olunarkən şəxsi heyətin fikirləri nəzərə alınmaqla qarışıq dolma (badımcan, pomidor, bibər), küftə, parça-bozbaş, düşbərə, səbzi plov və turşu qovurma plovları kimi milli yeməklərin bişirilməsinə üstünlük verilir. 

Hər bir qoşun növü üçün ərzaq payı normaları müəyyən edilərkən onların xidməti vəzifələri zamanı sərf etdikləri gündəlik enerjinin bərpa edilməsi nəzərə alınıb. Belə ki, ümumqoşun, dənizçi, uçuş, müalicə, ali hərbi məktəb və hərbi lisey kursantları, xüsusi təyinatlı dəstələr, kəşfiyyat qrupları, ümumqoşun quru ərzaq payı, həmçinin ərzaq payı və müalicə ərzaq payı verilərkən məhsulların əvəz olunması normaları işlənərək hazırlanıb.

Yüksək dağ şəraitində yerləşən və döyüş növbətçiliyi aparan bölmələrin şəxsi heyəti üçün ərzaq təminaı fərqli meyarlarla ölçülür. 

Quru ərzaq payı dəsti şəxsi heyətə şəraitindən asılı olaraq, isti xörək hazırlamaq mümkün olmadıqda, təlimlərdə və xüsusi tapşırıqların icrası zamanı hərbi hissə komandirlərinin əmri ilə verilir. 

Bu halda quru ərzaq payı 3 gündən artıq verilməməlidir. 

Silahlı qüvvələrin ümumqoşun və Daxili İşlər Nazirliyinin sıravi və rəis heyətinin 1 nəfəri üçün gündəlik ərzaq norması belədir:

1-ci növ buğda unundan bişirilmiş ağ çörək bir nəfər üçün 600 qram, 2-ci növ buğda unu 10 qram, müxtəlif yarmalar 120 qram, makaron məmulatları 40 qaram, ət 250 qram, balıq 120 qaram, bitki yağı 40 qaram, kərə yağı 30 qram, inək südü 100 qram, qatılaşdırılmış şəkərli süd 10 qram, pendir 20 qıram, toyuq yumurtası (ədədlə) -1, şəkər 70 qram, cem (povidlo) 20 qram, xörək duzu 20 qram, çay 2, müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.) 0,3 qram, xardal tozu 0,3 qram, dəfnə yarpağı və ya qurudulmuş göyərti 0,3 qram, sirkə və ya müxtəlif souslar 2 qram, tomat pastası 6 qram, kartof və tərəvəz, cəmi 850 qram, qurudulmuş meyvələr 10 qram, təbii meyvə və ya giləmeyvə şirələri 100 qram, vitamin preparatı “Heksavit” 1 qram nəzərdə tutulub. 

Quru ərzaq payının dəstinə isə aşağıdakılar daxildir:

Qalet (hər birində 100 qram olan 3 ədəd), mal əti konservi (338 q), ət-bitki konservi (500 q), qənd (120 q), çay (3 paket), povidlo (40 qramlıq 2 ədəd), əl silən (15 ədəd), bir dəfəlik çəngəl (3 ədəd), bir dəfəlik çay qaşığı (3 ədəd), bir dəfəlik stəkan (3 ədəd), portativ hərbi yanacaq dəsti (1 ədəd), vitamin preparatı (1 qutu, 25 qram), duz (1 q),  su təmizləyici həb (1 qutu), ciyər paşteti (150 q), qatlaşdırılmış şəkərli süd (100 q)
 

Quru ərzaq payının dəsti 2013-cü ilə qədər Sovet dövründə tətbiq olunan quru ərzaq payı dəstinin tərkibi ilə uyğunluq təşkil edirdi. Həmin quru ərzaq payı 13 addan və enerji dəyəri 3236 kkal-dan ibarət idi.


Nazirlər Kabinetinin 2014-cü il 26 may tarixli qərarı ilə qida rasionunun enerji dəyərinin artırılması məqsədilə quru ərzaq payı normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilərək 15 ada kimi artırılıb. Bununla da quru ərzaq payının ümumi enerji dəyəri 3236 kkal-dan 3993 kkal-a çatdırılıb. Üç dəfəlik qidalanma zamanı quru ərzaq payının enerji tutumuna görə bölüşdürülməsi 30-35%-i səhər yeməyinə, 40-45%-i nahar yeməyinə, 30-20%-i şam yeməyinə planlaşdırılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO