Maşının şüşəsini sındırıb hər şeyi oğurladılar - VİDEO

Maşının şüşəsini sındırıb hər şeyi oğurladılar - VİDEO

Hazırda oxunan: Maşının şüşəsini sındırıb hər şeyi oğurladılar - VİDEO

46602

Gecə Bakıda avtomobil qarət olunub. Maşının içərisindən sənəd, pul və qiymətli əşyalar oğurlanıb. Zərərçəkmiş iddia edir ki, bu fakt onların yaşadığı ərazidə ilk deyil və mütəmadi xarakter alıb. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin arxa yan şüşəsini qırıb qarət ediblər.

Hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ''NZS'' qəsəbəsində baş verib.

Aşıq Qurban küçəsi 1 ünvanında yaşayan Nurlan Ramazanlı deyir ki, ötən gün özəl şirkətlərdən birinə məxsus idarə etdiyi avtomobili binanın qarşısında saxlayıb. O, səhər işə gedərkən avtomobilin arxa yan şüşəsinin qırıldığını və içində olan dəyərli əşya və pulunun oğurlandığını görüb. 

Zərərçəkmiş dərhal 102-i xidmətinə məlumat verib. Hadisə yerinə ərazi üzrə 37-ci polis şöbəsinin əməkdaşları gəlib, avtomobilə baxış keçirib, əl-barmaq izlərini götürüblər.

Nurlan Ramazanlının sözlərinə görə, baş vermiş hadisə həmin ünvanda ilk deyil. 

Hazırda 37-ci polis şöbəsinin əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görür.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO