“Qadınların pensiya yaşı 65-ə qaldırılmasın” – Səbəbini Əli Məsimli açıqladı

“Qadınların pensiya yaşı 65-ə qaldırılmasın” – Səbəbini Əli Məsimli açıqladı

Hazırda oxunan: “Qadınların pensiya yaşı 65-ə qaldırılmasın” – Səbəbini Əli Məsimli açıqladı

46406

“Mən təklif edirəm ki, qadınların pensiya yaşı azaldılmırsa, heç olmasa indi nə qədərdirsə, o vəziyyətdə qalsın. Onların pensiya yaşı 65-ə qaldırılmasın”. 

Bizim.Media xəbər verir ki,  bu fikirləri  Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşunda çıxış edən deputat  Əli Məsimli deyib. 

O, həmçinin qeyd edib ki, təqaüdçülər aldıqları məbləğə dərmanlarını, qidalarını normal ala bilmirlər. 

“Xarici ölkələrdə təqaüdə çıxan insanların romantik çağları, bizdə isə əksinə ən məşəqqətli dövrləri başlayır. Aldıqları pensiya pulu ilə qida, dərman ala bilmirlər. Bu sahədə islahatlar mütləqdir”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO