“Qarabağ müharibəsinin iştirakçılarının müavinəti artırılsın” - TƏKLİF

“Qarabağ müharibəsinin iştirakçılarının müavinəti artırılsın” - TƏKLİF

Hazırda oxunan: “Qarabağ müharibəsinin iştirakçılarının müavinəti artırılsın” - TƏKLİF

46400

Qarabağ müharibəsində iştirak edən hərbçilərimizin müavinəti artırılsın.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşunda çıxış edərkən deputat Elnur Allahverdiyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Hərbçilərin maaşları ikiqat artırılsın - TƏKLİF


Onun sözlərinə görə, şəhid ailələri və qazilərlə bağlı sosial müavinət artırılsa da, müharibə iştirakçılarının müavinəti artırılmayıb.

"Təklif edərdim ki, həm I Qarabağ və II Qarabağ müharibəsi iştirakçılarına verilən müavinət az olduğundan artırılsın. Bunun üçün imkanlar mövcuddur və hökumət nəzərə alsa, yaxşı olar", deyə deputat qeyd edib.

​​​​​​​O, eyni zamanda qazilərin və müharibə iştirakçılarının əillik dərəcəsi ilə bağlı rast gəlinən problemlərin də aradan qaldırılmasını təklif edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO