Noyabrın 14-də pomidor turşusundan zəhərlənmə ilə “Kliniki Tibbi Mərkəz”ə gətirilən 2011-ci il təvəllüdlü Aytac Ricay qızı Mirzəyeva Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına köçürülüb.
Bizim.Media xəbər verir ki, hazırda reanimasiyada olan A.Mirzəyeva süni nəfəs aparatına qoşulub və vəziyyəti ağır-stabildir.
MÖVZU İLƏ BAĞLI:
Ata və qızı pomidor turşusundan zəhərləndi, biri öldü
Xatırladaq ki, turşudan zəhərlənən Füzuli rayon sakinləri Ricay Mirzəyev (ata) və Aytac Mirzəyeva (qız) noyabrın 12-də rayonun mərkəzi xəstəxanasına yerləşdirildikdən sonra vəziyyətləri ağırlaşdığı üçün Bakıya gətirilmişdi.
“Kliniki Tibbi Mərkəz”ə yerləşdirilən xəstələrdən digəri, ata Ricay Mirzəyevin həyatını xilas etmək isə mümkün olmamışdı.
Bizim.Media