Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO

Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO

Hazırda oxunan: Azərbaycanın tanınmış aktyoru vəfat etdi - FOTO

46231

Əməkdar artist, aktyor Məcnun Hacıbəyov vəfat edib.

Bizim.Media xəbər verir ki, aktyor noyabrın 16-da 86 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Qubanın İkinci Nügədi kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Hacıbəyov 1935-ci ilin 5 oktyabrında Quba rayonun İkinci Nügədi kəndində doğulub.

Aktyor 10 illik orta məktəbi də bu kənddə bitirib. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

Allah rəhmət eləsin!

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO