Bakıda hoteldə qanunsuz restoran aşkarlandı, 25 nəfər cərimələndi   

Bakıda hoteldə qanunsuz restoran aşkarlandı, 25 nəfər cərimələndi   

Hazırda oxunan: Bakıda hoteldə qanunsuz restoran aşkarlandı, 25 nəfər cərimələndi   

46207

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbir zamanı Ə.Rəcəbli küçəsində yerləşən "Altus" otelinin daxilində yerləşən restoranın karantin qaydalarını pozaraq gecə saat 00:00-dan sonra işlədiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, həmin obyektə gecə saatlarında keçirilən baxış zamanı fakt öz təsdiqini tapıb.
 

MÖVZU İLƏ BAĞLI:

Karantini pozan toy sahibləri cərimələndi


Orada karantin qaydalarını pozan 22 nəfər və "Altus" otelin icarədarı Ş.Abdullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar ümumilikdə 8400 manat cərimə ediliblər.

Profilaktik tədbir zamanı karantin qaydalarını pozan obyektdə olan daha 2 nəfər polisin qanuni tələbinə əməl etmədiklərinə, eləcə də tabesizlik göstərdikləri üçün onlar barəsində tərtib edilmiş protokol və toplamış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO