Küləkli, yağışlı hava nə qədər davam edəcək? - PROQNOZ

Küləkli, yağışlı hava nə qədər davam edəcək? - PROQNOZ

Hazırda oxunan: Küləkli, yağışlı hava nə qədər davam edəcək? - PROQNOZ

46206

“Noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağıb”.

Bizim.Media xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb:

“Güclü şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti bəzi rayonlarda 24-28, Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 m/s-dək güclənib. Güclü külək nəticəsində Neft Daşlarında dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Bakıda güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq.
 

Bölgələrdə də küləkli, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var”.


G.Məmmədova bildirib ki, noyabrın 17-si səhər saatlarından bölgələrdə, eləcə də Bakıda hava şəraitinin sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO