Fərid Qayıbovun şimal rayonlarına səfərindən görüntülər - VİDEO

Fərid Qayıbovun şimal rayonlarına səfərindən görüntülər - VİDEO

Hazırda oxunan: Fərid Qayıbovun şimal rayonlarına səfərindən görüntülər - VİDEO

46195

Gənclər və idman naziri Fərid Qayıbov noyabrın 12-də ölkəmizin şimal rayonlarına səfər edib. 

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində, əvvəlcə Respublika Olimpiya İdman Liseyinin Nabranda yerləşən Sağlamlıq İdman Düşərgəsinin vəziyyəti ilə tanış olub.

Sonra Xaçmaz və Qusarda Olimpiya idman kompleksləri, eləcə də Quba və Siyəzəndə Gənclər mərkəzləri, Şabranda şəhər stadionu, həmçinin Uşaq-Gənclər İdman Məktəbindəki hazırkı şəraitlə maraqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Fərid Qayıbov qılıncoynadanlarla görüşdü


Komplekslərin fəaliyyəti ilə tanışlıq zamanı bu idman qurğularının potensialından maksimum dərəcədə yararlanmaq imkanları müzakirə edilib.

Gənclər və idman naziri komplekslərdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılması, o cümlədən yeni idman növlərinin yaradılması və təbliğinin vacibliyini vurğulayıb.

Həmin qurğuların qarşılaşdığı problemlərlə maraqlanan nazir Fərid Qayıbov bu mərkəzlərdə gənclərə və idmançılara xidmət səviyyəsinin genişləndirilməsinin önəmini qeyd edib, bununla bağlı müvafiq tövsiyələr verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO