Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirildi - VİDEO

Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirildi - VİDEO

Hazırda oxunan: Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirildi - VİDEO

46137

Əlahiddə Ümumqoşun Orduda keçirilən təlim-metodiki toplantıya Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətini davam etdirən gənc zabitlər cəlb edilib.

Bizim.Media xəbər verir ki, bu barədə müdafiə nazirliyindən bildirilib.

Zabitlərin taktiki biliklərinin, qərar qəbuletmə bacarıqlarının artırılması və xidmətə düzgün istiqamətləndirilməsi üçün toplantının planına uyğun olaraq real döyüş şəraitinə yaxın məşğələlər təşkil edilərək keçirilib.

Müxtəlif hərbi ixtisaslar üzrə praktiki bacarıqları yoxlanılan gənc zabitlər nəzəri dərslərdə də iştirak ediblər. Nəzəri dərslərdə əsas diqqət şəxsi heyətin psixoloji hazırlığına və 44 günlük Vətən müharibəsində düşmənlə informasiya qarşıdurması zamanı qazanılan nəticələrə yönəldilib.
 

Toplantıya cəlb edilmiş zabitlərdən ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar götürülüb, zabitlərin fiziki dözümlülüyü yoxlanılıb.


Təlim toplantısı yekun tədbiri ilə başa çatıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO