Azərbaycanın \

Azərbaycanın \"Şöhrət\" ordenli memarı vəfat etdi

Hazırda oxunan: Azərbaycanın \"Şöhrət\" ordenli memarı vəfat etdi

45946

Azərbaycanın tanınmış memarı və rəssamı Rasim Əliyev 87 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, Gəncə şəhərində anadan olan memar, Naxçıvanda Hüseyn Cavidin qəbri üzərində memarlıq-xatirə kompleksinin, Heydər Əliyev adına Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının, Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və digər memarlıq sahəsində özünəməxsusluğu və bənzərsizliyi ilə seçilən layihələrin müəllifi və həmmüəllifidir.

 R.Əliyev “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Qeyd edək ki, R.Əliyev akademik Həsən Əliyevin oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO