BSU-nun şəhid məzunu Kənan Rüstəmlinin doğum günüdür

BSU-nun şəhid məzunu Kənan Rüstəmlinin doğum günüdür

Hazırda oxunan: BSU-nun şəhid məzunu Kənan Rüstəmlinin doğum günüdür

45941

Noyabrın 14-ü Bakı Slavyan Universitetinin məzunu, Vətən müharibəsi şəhidi Kənan Yalçın oğlu Rüstəmlinin doğum günüdür.

Bizim.Media xəbər verir ki, bu barədə univesitetin sosial şəbəkə hesablarında paylaşım edilib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ silsiləsindəki yüksəkliklərin və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 

Oktyabrın 31-də Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib, xatirəsinin əbədiləşdirilməsi məqsədilə doğulub boya-başa çatdığı Biləsuvar rayonunun  Əsgərabad  kəndində adını daşıyan abidə-bulaq kompleksi yaradılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO