“Musiqili proyektor” adlı konsert proqramı keçirildi

“Musiqili proyektor” adlı konsert proqramı keçirildi

Hazırda oxunan: “Musiqili proyektor” adlı konsert proqramı keçirildi

45914

Noyabrın 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Art-East Media Group” şirkətinin təşkilatçılığı ilə “Musiqili proyektor” adlı konsert proqramı təqdim edilib.

Bizim.Media xəbər verir ki, layihə “Azərbaycanfilm” kinostudiyasının, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlib.

Gecədə Avanqard kamera orkestrinin ifasında ilk dəfə ən çox sevilən filmlərin saundtrekləri yeni aranjimanda təqdim edilib. Orkestrin bədii rəhbər və dirijoru Arif Aslanovdur.

Proqramda “Sehrli xalat”, “Pirates of the Caribbean”, “La La Land”, “FROZEN”, “Baladadaşın ilk məhəbbəti”, “Pink Panther”, “Ölsəm bağışla” və digər filmlərin saundtrekləri yer alıb.

Parlaq rəqs nömrələri, xoreoqrafiya kompozisiyaları və böyük ekranda nümayiş olunan məşhur filmlərdən parçalar unudulmaz gecəyə rəng qatıb.

Multimedia şousu tamaşaçıların zövqünü oxşayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO