Bakıda koronavirus xəstəsi toya getdi, polislər dərhal saxladı - FOTO

Bakıda koronavirus xəstəsi toya getdi, polislər dərhal saxladı - FOTO

Hazırda oxunan: Bakıda koronavirus xəstəsi toya getdi, polislər dərhal saxladı - FOTO

0:00
0:00
45873

Bülbülə qəsəbəsində yerləşən şadlıq evlərindən birində təşkil edilən toy mərasimində koronavirus xəstəsi aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Samir İsmixanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. 

O, restorana daxil olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

S.İsmixanov barəsində Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO