Noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olub.
Xocalı rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
![Goranboyda naməlum şəxsə məxsus meyitin hissələri tapıldı Goranboyda naməlum şəxsə məxsus meyitin hissələri tapıldı](https://bizim.media/file/articles/2021/11/13/1636804891_as.jpg)
- A-
- A
- A+
Cəmiyyət
15:55 / 13.11.2021
Goranboyda naməlum şəxsə məxsus meyitin hissələri tapıldı
Hazırda oxunan: Goranboyda naməlum şəxsə məxsus meyitin hissələri tapıldı
Hazırda oxunan: Goranboyda naməlum şəxsə məxsus meyitin hissələri tapıldı
45872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.