Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, Suqovuşanda şəhid olan Rəşad Ağayevin bacısı, 16 yaşlı Tamella Ağayeva yaşadığı evin hamamında dəm qazından boğularaq dünyasını dəyişib.
Ailəsi xəbər tutanda artıq gec olub. Xəstəxanaya aparsalar da onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum Tamella Ağayeva 9-cu sinif şagirdi olub. O, Rəşadın iki bacısından biri, ailənin sonbeşiyi idi.
Ağayevlər ailəsi əslən Qubanın Qarxun kəndindəndirlər.
Aytəkin Alxaslı, Bizim.Media