Naxçıvandan Şuşaya qədər döyüş yolu keçən qəhrəmanlarımız bizim üçün əbədi fəxarət ünvanına çevrildilər.
Vətən müharibəsində şəhidlər verən Naxçıvan Qarabağın azadlığında müstəsna rol oynadı. Qədim diyar bu gün daha 2 qəhrəman şəhidini böyük qürurla son mənzilə yola saldı.
Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb.
Məmmədov Sahil Rasim oğlu Naxçıvan şəhərinin Qaraçuq kəndində, Əliyev İbrahim Mustafa oğlu Kəngərli rayonunun Qabıllı kəndində son mənzilə yola salınıblar.
Bizim.Media