Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərarların sayı açıqlandı

Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərarların sayı açıqlandı

Hazırda oxunan: Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərarların sayı açıqlandı

45655

"Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun ali­liyi və birbaşa qüvvəsi, respublika­mızın tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb".

Bizim.Media xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

Onun sözlərinə görə, ötən illər ərzində məhkəmə, ümumilikdə, 476 qərar və 130 qərardad qəbul edib və bu qərarların böyük bir hissəsi məhz insan hüquq və azadlıqlarının həyata keçirilməsi ilə bağlı olub:

"Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında əks etdirdiyi hüquqi mövqeləri ilə milli hüquq sisteminin formalaşmasına və inkişafına töhfə verməkdədir".

"Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb, insan hüquq və azad­lıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə ictimaiyyətin etimadını qazanıb", - o vurğulayıb (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO