Gəncədə ağır yol qəzası -

Gəncədə ağır yol qəzası - "Oka"nın sürücüsü öldü - FOTO/VİDEO - YENİLƏNİB

Hazırda oxunan: Gəncədə ağır yol qəzası - "Oka"nın sürücüsü öldü - FOTO/VİDEO - YENİLƏNİB

45612

Yol qəzası zamanı ölən şəxsin kimliyi məlum olub. Bu, 1962-ci il təvəllüdlü Gədəbəy rayon sakini Rüstəmov Abdulxaliq Mamed oğludur.

“Hyundai” markalı avtomobilin sürücüsü, 2000-ci il təvəllüdlü Gəncə sakini Hacıyev Timur Daşqın oğlu isə qəzada xəsarət alıb.

***

Gəncə şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, Bakı-Qazax yolunun Gəncə şəhərindən keçən hissəsində "Hundai" və "Oka" markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə qəza zamanı "Oka"da olan bir nəfər dünyasını dəyişib. Digər avtomoilin sürücüsü isə xəsarət alıb.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və vəziyyəti orta ağırdır. 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, qəzanın təfərrüatları araşdırılır.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO