\

\"Zəfər\" yarmarkasından yığılan vəsait YAŞAT Fonduna köçürüldü

Hazırda oxunan: \"Zəfər\" yarmarkasından yığılan vəsait YAŞAT Fonduna köçürüldü

45582


Dənizkənarı Bulvar ərazisində təşkil olunan YAŞAT Fondunun "Zəfər" Yarmarkası başa çatıb.
Bu barədə Bizim.Media-ya Fonddan məlumat verilib.

Ümumilikdə 12 gün ərzində Yarmarka müddətində toplanan 64 558.58 AZN (altmış dörd min beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə YAŞAT Fonduna ianə edilib.

Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan və 29 oktyabr - 9 noyabr tarixini əhatə edən Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO