"Yeni Müsavat" - 32: “Elə bir sıxlıq və yarış mühiti yoxdur ki, yerimi verəm” - Rauf Arifoğlu

Hazırda oxunan: "Yeni Müsavat" - 32: “Elə bir sıxlıq və yarış mühiti yoxdur ki, yerimi verəm” - Rauf Arifoğlu

45536

Azərbaycanın köklü qəzetlərindən olan "Yeni Müsavat" fəaliyyətə başlamasının 32-ci ildönümünü qeyd edir. Məlumat üçün bildirək ki, "Yeni Müsavat" qəzetinin ilk sayı 1989-cu ilin 10 noyabrında ərsəyə gəlib və bu zamana qədər 7859 sayı çapdan çıxıb. 

"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bu münasibətlə Bizim.Media-ya fikirlərini bölüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rauf Arifoğlunun açıqlamasına Arif Hacılı və Pənah Hüseyndən CAVABLAR


“32 il böyük müddətdir. Bunu yaşamağın özü bir qabiliyyət, mübarizə və dayanıqlılıq tələb edir. O ölkə ki, müharibə aparır, SSRİ-dən ayrılıb yeni dövlət qurur, siyasi xəritədə yer alır, BMT-nin üzvü olur və s... Son 32 ildə dünyada, bölgədə və Azərbaycanda baş verən prosesləri xatırlasaq, həmin dönəmi özündə əks etdirən “Yeni Müsavat” qəzetinin necə mürəkkəb yol keçdiyini anlamaq mümkündür. Azərbaycanın bütün mərhələlərində, xəbərin önündə, meydanlarda, səngərlərdə, bir sözlə xalqın yanında olmuşuq. Şükürlər olsun ki, nə baş verməsindən asılı olmayaraq bu 32 ildə dayanıqlığı təmin edə bilmişik və Azərbaycanın son tarixinin ən yaşlı media qurumuyuq”.

32 ildir “Yeni Müsavat” qəzetinə rəhbərlikdən yorulmamsız ki? Yerinizi kiməsə etibar etməyi düşünürsüzmü? – sualını Rauf Arifoğlu belə cavablandırıb. 

“Qəzetin qurucusu və sahibiyəm. Bu, bir şirkətdir. Yer vermək, bir növ qəzeti kiməsə bağışlamaq deməkdir. Amma bu media qrupu genişləndirilir. O qədər çox yer açmışıq ki, heç orada işlətməyə peşəkar əməkdaş tapa bilmirik, o ki ola öz yerimizi verək. Elə bir sıxlıq və yarış mühiti yoxdur ki, yerimi verəm. Media quruluşlarına bir zamanlar özümün statusumda olan ştatlar yaradırıq. Baş redaktor, redaktor  və işçilər cəlb edirik. Onları hələ bir yerləşdirək...”.

Bizim.Media olaraq biz də öz növbəmizdə Azərbaycan mətbuatının flaqmanlarından olan "Yeni Müsavat” qəzetinin kollektivini və ona 32 il rəhbərlik edən Rauf Arifoğlunu təbrik edirik.

Həmkarlarımıza yaradıcılıq uğurları, dərgiyə bol oxucu kütləsi arzulayırıq. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO