Xaçmazda qeyri-sabit hava şəraiti bir sıra problemlər yaradıb.
Bizim.Media xəbər verir ki, güclü külək Xaçmazın Xudat şəhərində və bir sıra kəndlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Yasamalda külək ağacı avtomobillərin üzərinə aşırdı - FOTO
Rayon icra hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanov faktı təsdiqləyərək bildirib ki, hazıra "Azərişıq" ASC-nin Xaçmaz Elektrik Şəbəkəsinin qəza xidməti küləyin fəsadlarının aradan qaldırılması ilə məşğuldur. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq.
Bizim.Media