"Lotu Quli"nin hər kəsi heyrətləndirən məzar daşı - VİDEO

Hazırda oxunan: "Lotu Quli"nin hər kəsi heyrətləndirən məzar daşı - VİDEO

45404

Türkiyənin "Bir gün" qəzetinin köşə yazarı Timur Soykan azərbaycanlı qanuni oğru, İstanbulda qətlə yetirilən Nadir Səlifovdan onun məzarlığından kadrlar yayımlayıb.

Bizim.Media xəbər verir ki, müəllif onu Azərbaycan mafiyasının lideri adlandırır.

O, daxili işlər naziri Süleyman Soylunun da onu dünyanın ən böyük 12 mafiyasından birinin lideri olduğunu söylədiyini xatırladıb. 

"İndi mafiya patronu Nadir Səlifovun İstanbulda məqbərəsi var. Diqqət çəkən qəbirin qarşısında ulayan iki böyük qurd heykəlidir. Türbədəki səs sistemində ərəbcə Quran yazısı fasiləsiz davam edir”.


Büstün qarşısında Nadir Səlifovun mərmər üzərində çap edilmiş böyük ağ-qara fotoşəkili var.

Bir tərəfində Türkiyə bayrağı, digər tərəfində isə Azərbaycan bayrağı həkk olunub. 

Qeyd edək ki, Nadir Səlifov 19 Avqust 2020-ci ildə Antalya Serik otelində mühafizəçisi tərəfindən başından vurularaq öldürülüb. Azərbaycan Nadir Səlifovun cənazəsini qəbul etmədiyindən, o, Esenyurt Gülvadi Qəbiristanlığında dəfn edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO