Nəsiminin icra başçısına yeni müavin təyin edilib

Nəsiminin icra başçısına yeni müavin təyin edilib

Hazırda oxunan: Nəsiminin icra başçısına yeni müavin təyin edilib

4535

Nəsiminin icra başçısına yeni müavin təyin edilib. Zahid Xəlilov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının yeni müavini təyin edilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Zahid Əziz oğlu Xəlilov bu vaxtadək Nəsimi Rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub.

Xatırladaq ki, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Anar Tağıyev dövlət başçısının sərəncamı ilə 2019-cu ilin oktyabrında Yevlax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO