Silsilə oğurluqlar edən şəxs tutuldu - FOTO

Silsilə oğurluqlar edən şəxs tutuldu - FOTO

Hazırda oxunan: Silsilə oğurluqlar edən şəxs tutuldu - FOTO

45326

Ucarda evlərdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri oğurluq əməlini törədən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş İlkin Məmmədov saxlanılıb. 

Aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Məmmədov rayon ərazisində yerləşən bir fərdi yaşayış evindən 2900 manat dəyərində məişət əşyaları və naqil, digər evdən isə 3 ədəd televizor, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan, xalça, su mühərriki və samovar oğurlayıb. 

Həmin şəxs saxlanılan zaman isə onun idarə etdiyi “VAZ-2101” markalı avtomobildən bir ədəd süngü bıçaq aşkar edilərək götürülüb. 

Faktla əlaqədar Ucar rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb. Onun digər analoji hadisələr də iştirakının olub-olmaması araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO