Xocavənd uğrunda 19 güllə yarası alaraq şəhid olan prokurorluq əməkdaşı - FOTO

Xocavənd uğrunda 19 güllə yarası alaraq şəhid olan prokurorluq əməkdaşı - FOTO

Hazırda oxunan: Xocavənd uğrunda 19 güllə yarası alaraq şəhid olan prokurorluq əməkdaşı - FOTO

4522

Əlizadə Yüksəl İlqar oğlu Vətən Müharibəsinin şəhidlərindədir. Yüksəl Əlizadə 1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun "Facebook" səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, Y.Əlizadə 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib. 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO