Ölkəmizin tarixində xüsusi yer tutan 28 May, 20 Yanvar kimi tarixi hadisələrlə yanaşı, 8 Noyabr - Zəfər Gününün də Bakı metropolitenində özünəməxsus yeri var.
Bizim.Media xəbər verir ki, Bakı metropoliteninin 26-cı, "Bənövşəyi" xəttin 3-cü, Vətən müharibəsində qazandığımız böyük zəfər şərəfinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə "8 Noyabr" adlandırılmış yeni stansiya 2021-ci il mayın 29-da istifadəyə verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda yürüş başladı - VİDEO
Bununla metronun "Avtovağzal" stansiyasından başlanan və layihə uzunluğu 18.5 km olaraq Xocəsən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - "Memar Əcəmi-8 Noyabr" mənzili şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulub.
Ötən müddət ərzində sərnişin sayı artmağa başlamış stansiya artıq hər iş günü ərzində 3 mindən çox sərnişinə xidmət göstərir.
Hazırda bu stansiya da bayram əhval-ruhiyəsindədir. Metronun içi Azərbaycan bayrağı ilə bəzədilib, milli atributlarımız asılıb.
Bizim.Media