Bakıda narkotik vasitə satan taksi sürücüsü saxlanılıb - FOTO

Bakıda narkotik vasitə satan taksi sürücüsü saxlanılıb - FOTO

Hazırda oxunan: Bakıda narkotik vasitə satan taksi sürücüsü saxlanılıb - FOTO

44904

Bakının Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan taksi sürücüsü saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Fuad Rəsulov saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda narkotacir polisdən qaçmaq üçün görün nə etdi... – FOTO/VİDEO


Onun üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti və narkokuryerliklə məşğul olduğunu etiraf edib.

Faktla bağlı F.Rəsulov barəsində Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsində araşdırmalara başlanılıb. Ondan aşkar edilən narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO