Özünü binadan atan 9-cu sinif şagirdi ilə bağlı ÖZƏL AÇIQLAMA - İNTİHAR etməyibmiş...

Özünü binadan atan 9-cu sinif şagirdi ilə bağlı ÖZƏL AÇIQLAMA - İNTİHAR etməyibmiş...

Hazırda oxunan: Özünü binadan atan 9-cu sinif şagirdi ilə bağlı ÖZƏL AÇIQLAMA - İNTİHAR etməyibmiş...

44890

Xırdalanda 9-cu sinif şagirdin ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. 

Xırdalan şəhəri 10 saylı orta məktəbdən Bizim.Media-ya verilən məlumata görə Qumru Nəsirova intihar etməyib:

“Ailəsinin verdiyi məlumata görə Qumrunun ölüm səbəbi intihar deyil, ani ehtiyatsızlıq ucbatından yıxılıb dünyasını dəyişib. Məktəbimizin 9-cu sinif şagirdi Qumru Nəsirovaya dərs keçən bir müəllim kimi deyə bilərəm ki, Qumru çalışqan, fəal, şən, yoldaşları ilə, müəllimləri ilə mehriban davranan bir şagird idi. Öldüyü gün dərsə glməmişdi. Amma səbəbini bilmirik”, - deyə məktəbdən verilən açıqlamada qeyd olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

9-cu sinif şagirdinin intihar səbəbi telefon olub – FOTO – ÖZƏL


Özəl mənbənin dedediyinə görə 14 yaşlı məktəblinin canına qıyma səbəbi anasının telefonu əlindən alması olub. İddiaya görə Qumru uşaqlarla harasa gedib və evə gec gəlib.

Bundan hiddətlənən ana qızını cəzalandırmaq üçün telefonunu əlindən alıb və onu rayona göndərəcəyini deyib. Məktəbli buna etiraz olaraq yaşadığı binadan deyil, qarşıdakı binadan özünü atıb.
 

Xatırladaq ki, intihar olayı 3 gün əvvəl Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində qeydə alınıb. 


Dünyasını dəyişən Qumru Nəsirova Xırdalan şəhəri, 10 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. 

Faktla bağlı araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO