Hikmət Mirzəyev Şuşanın azad edilməsindən danışdı: “Müdafiə Nazirliyində bir neçə nəfərə demişdim ki...”

Hikmət Mirzəyev Şuşanın azad edilməsindən danışdı: “Müdafiə Nazirliyində bir neçə nəfərə demişdim ki...”

Hazırda oxunan: Hikmət Mirzəyev Şuşanın azad edilməsindən danışdı: “Müdafiə Nazirliyində bir neçə nəfərə demişdim ki...”

44819

“Bir çox rəhbər heyətə də əməliyyatların başlanması anından bir neçə saat sonra məruzə etmişəm ki, hansı vaxtda oranı alacağıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev “Şuşa, sən azadsan!” sənədli filmində deyib.

Şuşanın azad olunmasından danışan general bildirib ki, Hadrut və Füzulini aldıqdan sonra gecə-gündüz yerdən və havadan Şuşanın kəşfiyyatı aparılıb:
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa fatehinin özəl gününə hazırlanmış tort – VİDEO 


“Əməliyyatda mənim tərəfimdən bəzi xüsusi tələblər qoyulmuşdu. İçimizdə daima o hiss oldu ki, biz Şuşanı azad edəcəyik. O inam bizdə vardı.

Əməliyyatın ilk günü mən tam əmin idim ki, Şuşanı təmizləyəcəyik. Bununla bağlı Müdafiə Nazirliyində bir neçə nəfərə demişdim.

Vətən Müharibəsində xüsusi təyinatlıların həlledici rolu və tarixə keçəcək əfsanəvi şücaəti danılmazdır. Bizim şəxsi heyətimiz bütün risklərə hazır idi və bunu göz önünə alaraq düşmənin edə bilməyəcəyi şeyləri bizimkilər həyata keçirə bildilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO