Bakıda narkotacir polisdən qaçmaq üçün görün nə etdi... – FOTO/VİDEO

Bakıda narkotacir polisdən qaçmaq üçün görün nə etdi... – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda narkotacir polisdən qaçmaq üçün görün nə etdi... – FOTO/VİDEO

44802

Bakının Nizami Rayon Polis İdarəsi, 25-ci Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-axtarış tədbiri keçirilib. 

Bizim.Media xəbər verir ki, Nizami rayonu ərazisində kirayədə yaşayan Rəhman Abdullayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə şöbəyə əməliyyat məlumatı daxil olub. Təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan Azərbaycana keçmək istəyən narkotacir SAXLANILDI 


Onun yaşadığı evə baxış zamanı 12 qram psixotrop maddə olan metamfetamin və 10 qram heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Rəhman Abdullayevin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində kirayələdiyi daha bir mənzildə də narkotik vasitlələr saxladığı müəyyən edilib. Həmin ünvana baxış zamanı isə oradan əlavə olaraq ümumi çəkisi 1 kiloqram 255 qram olan metamfetamin və heroin aşkar edilib. 

Araşdırma zamanı müəyyən edilib ki, Rəhman Abdullayevin paytaxt ərazisində mütəmadi olaraq kirayə mənzillər tutub və orada narkotik vasitələrin satışını həyata keçirib.
 

O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilməməsi üçün paytaxt ərazisində yaşayış ünvanlarını tez-tez dəyişib. Buna baxmayaraq, Rəhman Abdullayevin izinə düşən polislər sonda onu ifşa edə biliblər. 


Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar Nizami rayon Polis İdarəsinə göndərilib. Rəhman Abdullayevdən aşkar edilən narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO