Zorlanan 11 yaşlı qızın ailəsi körpənin meyitini götürmək istəmir

Zorlanan 11 yaşlı qızın ailəsi körpənin meyitini götürmək istəmir

Hazırda oxunan: Zorlanan 11 yaşlı qızın ailəsi körpənin meyitini götürmək istəmir

44767

Xəbər verdiyimiz kimi, İmişlidə zorlanan 11 yaşlı qızın Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının neonotologiya şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi körpə vəfat edib. Onun ailəsi, nənə və babası oxu.az-a açıqlmasında azyaşlının körpəsinin meyitinin xəstəxanadan götürülməsi ilə bağlı heç bir müraciət etməyəcəklərini deyib.

Bizim.Media xəbər verir ki, Respublika Klinik Xəstəxanasından bildirilib ki, 11 yaşlı ananın ölən uşağının cəsədi xəstəxana tərəfindən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Əldə olunan bir digər məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri ilə birlikdə 11 yaşlı qızın qardaşı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nəzdindəki Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO