Nazir yeni müşavir təyin etdi, 4 nəfəri isə vəzifəsindən aldı (FOTO)

Nazir yeni müşavir təyin etdi, 4 nəfəri isə vəzifəsindən aldı (FOTO)

Hazırda oxunan: Nazir yeni müşavir təyin etdi, 4 nəfəri isə vəzifəsindən aldı (FOTO)

44765
Vergilər naziri Fazil Məmmədov 4 departament rəhbərinin vəzifəsini dəyişib.

Sfera.az Report-a istinadən xəbər verir ki, nazir özünə yeni müşavir təyin edib.

F.Məmmədovun yeni müşaviri Qüdrət Seyfullayev olub. Bununla da nazirin müşavirlərinin sayı 13-ə çatıb.

Məlumata görə, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktoru Natiq Şirinov vəzifəsindən azad edilib və onun yerinə Zaur Fətizadə təyin edilib.

Vergi öhdəliklərinin icrasına nəzarət Departamentinin baş direktoru Zeynalabdin Məmmədzadə də vəzifəsindən azad edilənlər arasındadır. Nazirin əmri ilə adıçəkilən departamentin yeni baş direktoru Zamin Rzayev olub.

Nazirin digər bir əmri ilə Vergi qanunvericiliyinin icrasına nəzarət Departamentinin baş direktoru Toğrul Quliyev vəzifəsindən azad edilib. Onu bu vəzifədə Zöhrab Ömərov əvəz edib.

F.Məmmədov Vergi risklərinin təhlili və nəzarəti Departamentinin baş direktoru vəzifəsinə də təyinat edib. Bu departamentin baş direktoru vəzifəsinə Natiq Şirinov gətirilib.

Qeyd edək ki, Fərid Cəbrayıl uzun müddət bu vəzifəni müvəqqəti icra edib.
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO