Azərbaycanlı məşhur müğənni COVİD 19-a yoluxdu

Azərbaycanlı məşhur müğənni COVİD 19-a yoluxdu

Hazırda oxunan: Azərbaycanlı məşhur müğənni COVİD 19-a yoluxdu

4470

Müğənni Xatun Əliyeva koronavirusa yoluxub.

Bizim.Media xəbər verir ki, bu barədə müğənni özü sosial media hesabında məlumat yayıb:

"Nə qədər qorunsam da, bütün deyilənlərə əməl etsəm də bu virusa mən də yoluxdum. Niyə? Çünki daşıyıcılar aramızdadır. İnsanların çoxu məsuliyyətsizdir. Çoxu daşıyıcı olaraq rahat insanların arasına çıxır, ətrafdakıları da yoluxdurur. Biz sənət adamları bəzən məcburuq hansısa tədbirlərdə, çəkilişlərdə iştirak edək. Bu vecsiz insanların ucbatından biz də yoluxuruq".

"Mən indi məcburam ki, bütün işimi gücümü atım, evə qapanım. Çünki ətrafımdakıları da düşünürəm, yazıqdır axı bu insanlar! Niyə bu vəziyyətin ciddiliyinə varmırsınız"-deyə X. Əliyeva yazıb.

Qeyd edək ki, indiyədək bir çox məşhur müğənnilər Lalə Məmmədova, Manaf Ağayev, Elçin Hüseynov da koronavirusa yoluxub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO