"Azəriqaz" Novxanıda sahibkarların problemlərini dinləyəcək

Hazırda oxunan: "Azəriqaz" Novxanıda sahibkarların problemlərini dinləyəcək

44689

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Abşeron rayonunda təşkil olunacaq.

Bizim.Media xəbər verir ki, İstehsalat Birliyinin rəhbər şəxsləri rayonun Novxanı kəndində (Dəmiryolu stansiyasının yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” noyabrın 5-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

"Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO