Abşeron rayonunda intihar hadisəsi baş verib.
Bizim.Media-nın məlumatına görə, hadisə dünən Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Q.Nəsirova yaşadığı binadan özünü atıb.
Yaralı əvvəlcə Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Ancaq həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media