Hərbi qulluqçularla bağlı bu qanuna DƏYİŞİKLİK EDİLİR 

Hərbi qulluqçularla bağlı bu qanuna DƏYİŞİKLİK EDİLİR 

Hazırda oxunan: Hərbi qulluqçularla bağlı bu qanuna DƏYİŞİKLİK EDİLİR 

44494

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişikliklər ediləcək. 

Bizim.Media xəbər verir ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin noyabrın 3-də keçirilən iclasında müzakirə olunub.

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 3.1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Ordusunun döyüş maşınları hazırlıq vəziyyətinə gətirildi - VİDEO


Layihə hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.

Belə ki, layihədə dövlət icbari şəxsi sığortanın prinsipləri, sığortaolunanın, sığortaçının və sığortalının uçotu və sığorta haqlarının hesablanması, sığorta haqlarının ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş sığorta haqlarının qaytarılması qaydası, dövlət icbari şəxsi sığortanın aparılması qaydası, sığorta ödənişinin verilməsi və verilməsindən imtina halları, sığorta vəsaitlərinin formalaşma mənbələri, habelə dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə nəzarət öz əksini tapıb.

Sığorta vəsaitlərinin müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəlməsi, bu kateqoriyadan olan şəxslərin sosial təminatının yaxşılaşdırılmasına şərait yaradacaq, onların rifahının yüksəldilməsinə mühüm addım olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO