İtaliyalı deputatlar Ağdamdadırlar - FOTO

İtaliyalı deputatlar Ağdamdadırlar - FOTO

Hazırda oxunan: İtaliyalı deputatlar Ağdamdadırlar - FOTO

4448

Xəbər verdiyimiz kimi Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərinə səfər edəcəkdilər.

Bizim.Media xəbər verir ki, italiyalı deputatlar  artıq Ağdam şəhərindədirlər. Onlar işğaldan azad edilmiş şəhərdəki vəziyyətlə yerində tanış olublar.

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edirlər.

Qeyd edək ki, italiyalı deputatlar dünən isə Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə də olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO