Ukrayna beynəlxalq axtarışda olan şəxsi Azərbaycana verdi

Ukrayna beynəlxalq axtarışda olan şəxsi Azərbaycana verdi

Hazırda oxunan: Ukrayna beynəlxalq axtarışda olan şəxsi Azərbaycana verdi

44433

Beynəlxalq axtarışa verilən azərbaycanlı Ukraynada həbs edilib.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ukrayna Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan ərazisində cinayət törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edilib.
 

Belə ki, Gəncə Şəhər Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən Cabbarov Seymur İbrahim oğlunun - öz qulluq mövqeyindən istifadə edərək təkrarən xeyli miqdarda maddi ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr yaranıb.


Seymur Cabbarov barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycanın Baş Prokurorluğunun Ukrayna Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Seymur Cabbarov 02.11.2021-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO