AzTV sədri ilə Vahid Mustafayev arasında qalmaqal – “Haqqlı olaraq yayımlamadıq və...”

AzTV sədri ilə Vahid Mustafayev arasında qalmaqal – “Haqqlı olaraq yayımlamadıq və...”

Hazırda oxunan: AzTV sədri ilə Vahid Mustafayev arasında qalmaqal – “Haqqlı olaraq yayımlamadıq və...”

44397

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) VMF fabriki ilə aralarında yaranmış qalmqala aydınlıq gətirib.

AzTV-dən Bizim.Media-ya verilən məlumata görə, VMF-in hazırladığı reklam çarxına baxış keçirilib və efirə verilməsi uyğun hesab edilməyib:

“AzTV olaraq düşünürük ki, xüsusən 44 günlük Vətən müharibəsinin ildönümündə efirə təqdim edilən hər məhsul ciddi şəkildə təhlil edilməli, zəif və bayağı məhsullar verilməməlidir. Hətta reklam olsa belə.
 

MÖVZU İLƏ BAĞLI:

ANS açılır?  – Vahid Mustafayev DANIŞDI


Reklam kanalların əsas maliyyə mənbələrindəndir və hər bir kanal gəlir əldə etmək üçün reklamın verilməsində maraqlıdır.

Lakin VMF şirkətinin hazırladığı reklam çarxı həm zəif olduğundan, eyni zamanda, multiplikasiya xarakteri daşıdığından reklamın AzTV-də efirə təqdim olunması sədr tərəfindən məqbul bilinməyib”, deyə dövkət televiziyasından bildirilib.

AzTV rəhbərliyi sözügedən şirkətə saat reklamını “Mədəniyyət” və “İdman” kanallarında yayımlamağı təklif edib:

“Bir qədər dəyişiklik etmək, xüsusən də Vətən müharibəsinin əsas şüarı olan “Qarabağ Azərbaycandır” sözlərinin qol saatları fonunda primitiv şəkildə getməməsi şərtilə “Mədəniyyət” və “İdman” TV-də verilə bilər deyilib.
 

Bilirsiniz, “Qarabağ Azərbaycandır” şüarı bizim üçün adi söz birləşməsi və ya lozunq deyil. Bu, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dilindən səslənən, şəhidlərimizin gözünü belə qırpmadan döyüşə atılarkən dediyi sözlərdir.


Bu sözlər bizim üçün zəfərin özü qədər əziz və müqəddəsdir və həmin sözlər hər videonun, yaxud şəklin fonunda verilə bilməz. VMF-in hazırladığı reklam çarxına diqqətlə baxan hər kəs onun qol saatlarının fonunda verilməsinin doğru olmadığını, primitiv xarakter daşıdığını və deyildiyi kimi, sanki cizgi filmi təəssüratı yaratdığını görə bilər. Odur ki, reklam çarxı haqlı olaraq efirə buraxılmadı”, - deyə AzTV-dən qeyd edilib.

Xatırladaq ki, AzTV VMF fabrikinin istehsal etdiyi “Qələbə vaxtı” kolleksiyasının reklam çarxını yayımlamaqdan imtina edib. 
 

Məsələ ilə bağlı yerli mediaya açıqlama verən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin müşaviri Mais Məmmədov bildirib ki, AzTV sədri Rövşən Məmmədov onlara “Qarabağ Azərbaycandır!” ifadəsini hərbçilərin səsi ilə efirə verməyin düzgün olmadığını deyib.


Həmçinin, reklam çarxından erməni işğalından azad edilən rayonların şərəfinə xüsusi olaraq buraxılmış “Qələbə kolleksiyası”ndan olan saat görüntüləri çıxarmağı tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO