Bakı metrosunda 705 nəfər cərimələndi - SƏBƏB

Bakı metrosunda 705 nəfər cərimələndi - SƏBƏB

Hazırda oxunan: Bakı metrosunda 705 nəfər cərimələndi - SƏBƏB

44356

Ötən həftə Bakıda metro stansiyalarında tibbi maskadan istifadə etməyən 705 sərnişin barəsində tədbir görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev yayıb.

Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirləri gücləndirib:

"Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Stansiyalarda, platformalarda və vaqonlarda ötən bir həftədə 705 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq. Tədbirlər fasiləsiz davam etdirilir".

Xatırladaq ki, karantin rejiminin tələblərinə görə metroda maskadan istifadə məcburidir. Bu qaydanı pozan şəxslər fiziki şəxslər yüz manat, vəzifəli şəxslər üç yüz manat, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO