Bakıda körpəsini boğaraq öldürən ataya 18 il həbs cəzası verildi

Bakıda körpəsini boğaraq öldürən ataya 18 il həbs cəzası verildi

Hazırda oxunan: Bakıda körpəsini boğaraq öldürən ataya 18 il həbs cəzası verildi

44353

Bakı Ağır Cinayətlər Məhkəməsində 6 aylıq körpəsini qətlə yetirməkdə törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Vüsal Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
 

İlkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.


Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Məlumata görə, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə ilə gələn V.Əliyev körpəsini boğaraq öldürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO