Uşaq dünyaya gətirən 11 yaşlı qız və anasından  YENİ XƏBƏR

Uşaq dünyaya gətirən 11 yaşlı qız və anasından  YENİ XƏBƏR

Hazırda oxunan: Uşaq dünyaya gətirən 11 yaşlı qız və anasından  YENİ XƏBƏR

44316

İmişli rayonunda ögey atası tərəfindən zorlanaraq dünyaya uşaq gətirən 11 yaşlı qız və anası bu gün sığınacağa yerləşdiriliblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə ana və zərərçəkən qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sığınacağına yerləşdirilib. Doğulan körpənin vəziyyəti hələki kafi qiymətləndirilir. 


İmişlidə 11 yaşlı qızı zorlayan şəxslə bağlı QƏRAR VERİLDİ


Qeyd edək ki, 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib. Barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, 4 gün əvvəl İmişlidə 11 yaşlı qız uşaq dünyaya gətirib. Araşdırma zamanı məlum olub ki, azyaşlını anası Günay Şükürovanın qeyri-rəsmi nikahda olduğu Qurban Fərəcov bir neçə dəfə zorlayıb.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO